No Image
No Image

XİN rəhbəri Britaniyaya təşəkkür etdi

XİN rəhbəri Britaniyaya təşəkkür etdi
Xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ceyms Şarpı qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən Sfera.az-a verilən məlumata görə, nazir qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, xüsusilə sərhəd məntəqəsində baş verən son gərginliklər, üçtərəfli bəyanatların icrası ilə əlaqədar Azərbaycan tərəfindən atılan addımlar, azad edilmiş ərazilərdə mina təhlükəsi və doğurduğu fəsadlar barədə məlumat verib. Nazir Böyük Britaniyanın Azərbaycanın azad edilmiş ərazilərin minadan təmizlənməsi sahəsində fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkür ifadə edib.

Tərəflər pandemiya ilə bağlı məsələlər, o cümlədən ölkədə sərt karantin rejiminin yumşaldılması istiqamətində görülən tədbirlər, xarici ölkə vətəndaşlarının səfərləri və s. ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Pakistan müdafiə nazirlərinin müavinlərinin görüşü oldu

Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Pakistan İslam Respublikasının müdafiə nazirinin müavini, general-leytenant Mian Muhəmməd ...

Əli Əsədov BƏƏ-nin iqtisadiyyat naziri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 22-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri ilə görüşüb. Bu barədə S...

Mikayıl Cabbarov IFC-nin regional direktoru ilə müzakirələr apardı - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Vibke Şlömer ilə onl...

DTX rəisi Pakistan Quru Qoşunları komandanı ilə görüşdü

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev ilə Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Quru Qoşunları kom...

"Xankəndidə qarşıdurmanın güclənməsi və seperatçıların bir-birlərinə atəş açmaları an məsələsidir..."

"Robert Köçəryan parlament seçkilərindəki məğlubiyyətini həzm edə bilmir, depressiya içindədir. O özünü müxalifətdə görə bilmir, hətta parlamentdə deputat kimi ...

Əfqanıstan Talibana təslim edilir? – Politoloq baş verənlərin Azərbaycana təsirindən danışdı

"ABŞ-ın Əfqanıstandan 20 ildən sonra qoşununu çıxarması, Talibanın növbəti dəfə hakimiyyətə gəlməsinə şans yaradıb”. Sfera.az bildirir ki, bunu politol...