No Image
No Image

Tanınmış xanım vəkil məhkəmə zalında həbs edildi

Tanınmış xanım vəkil məhkəmə zalında həbs edildi
Tanınmış vəkil külli miqdarda mənimsəmədə ittiham edilərək hakim qarşısına çıxarılıb.

Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Vəkillər Kollegiyası Rəyasət Heyətinin keçmiş üzvü, uzun müddət 1 saylı hüquq məsləhətxanasına rəhbərlik etmiş Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirikən məhkəmənin hazırlıq iclasında Sümbülə Əliyevanın anket məlumatları dəqiqləşdirilib.

Daha sonra onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham olunan Sümbülə Əliyeva vəkillərin ödənişlərindən vergi kimi tutulan vəsaitlərin mənimsənməsində təqsirləndirilir.

İttihama görə, Sümbülə Əliyeva Dövlət Sosial Müdafiə Fonduna və Vergilər Nazirliyinə ödənilmək üçün üçün vəkillərdən tutulan vergi və sosial sığorta haqlarını mənimsəyib.

İş üzrə zərərçəkmiş kimi Vəkillər Kollegiyası, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidməti tanınıb.
 
(Musavat.com)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Kəmaləddin Heydərov məşhur əsgəri işə götürdü - FOTO

Vətən müharibəsində "Topçu Vüsal” kimi tanınan qəhrəman əsgərimiz Vüsal Şahkərimov həqiqi hərbi xidmətini başa vuraraq, boya-başa çatdığı Xaçmaz rayonunun Qusar...

Nadir Şəfiyevin AzTV əməkdaşını şantaj edən oğluna 7 il həbs verildi

"AzTV”nin xanım jurnalistini intim görüntüləri ilə şantaj etməkdə təqsirləndirilən "CBC sport” kanalının sabiq operatoru Yusif Şəfiyevin cinayət işi üzrə məhkəm...

Prezident tapşırıq verdi: Türkiyəyə yardım göndərildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi m...

FHN-in 500 nəfərlik şəxsi heyəti, helikopterlər Türkiyəyə göndərilir

Bu gün Baş nazir Əli Əsədov ilə Türkiyə Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub. Sfera.az xəbər verir ki, telefon danışığı əsnasında Tü...

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşları iməciliyə çağırdı: İyulun 31-də bütün rayonlarda...

Bakı şəhərində 2 gün ərzində davam edən güclü siklon və qeyri-sabit hava şəraitinin törətdiyi fəsadların tam aradan qaldırılması və genişmiqyaslı təmizlik işlər...

Kubada son iki həftədə 6 general ölüb

Son 2 həftə ərzində Kubanın 6 yüksək rütbəli hərbçisi dünyasını dəyişib. Sfera.az xəbər verir ki, bu barədə Kubanın Dövlət Televiziyası məlumat yayıb. Ö...