No Image
No Image

Tanınmış xanım vəkil məhkəmə zalında həbs edildi

Tanınmış xanım vəkil məhkəmə zalında həbs edildi
Tanınmış vəkil külli miqdarda mənimsəmədə ittiham edilərək hakim qarşısına çıxarılıb.

Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Vəkillər Kollegiyası Rəyasət Heyətinin keçmiş üzvü, uzun müddət 1 saylı hüquq məsləhətxanasına rəhbərlik etmiş Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirikən məhkəmənin hazırlıq iclasında Sümbülə Əliyevanın anket məlumatları dəqiqləşdirilib.

Daha sonra onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham olunan Sümbülə Əliyeva vəkillərin ödənişlərindən vergi kimi tutulan vəsaitlərin mənimsənməsində təqsirləndirilir.

İttihama görə, Sümbülə Əliyeva Dövlət Sosial Müdafiə Fonduna və Vergilər Nazirliyinə ödənilmək üçün üçün vəkillərdən tutulan vergi və sosial sığorta haqlarını mənimsəyib.

İş üzrə zərərçəkmiş kimi Vəkillər Kollegiyası, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidməti tanınıb.
 
(Musavat.com)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

DİN toylara nəzarət qaydalarını AÇIQLADI

Daxili İşlər Nazirliyi (DİN) toylara icazə verilməsi ilə əlaqədar vətəndaşlarımızı mövcud qaydalara riayət etməyə çağırır. Sfera.az xəbər verir ki, bu bar...

Toylarda sərinkeşlərdən istifadə qadağan edildi

Şənlik mərasimləri zamanı ictimai iaşə müəssisələrində kondisioner və havalandırma sistemlərinin texniki baxışının vaxtında həyata keçirilməsi təmin olunmalıdır...

Azərbaycanda yeni qadağa qüvvəyə minir - 1 iyuldan

İyulun 1-dən Azərbaycanda daha bir qadağa qüvvəyə minir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, 1 iyul tarixind...

“150 nəfərlik toy qərarı yanlış idi” – Adil Qeybulladan etiraz

"Epidemioloji vəziyyətin stabil olmasından istifadə edərək, toyları keçirmək lazımdır. Bu baxımdan yeni qərar yaxşıdır. Çünki bu, həm də genofondun taleyi məs...

"Sonradan qonaq sayı 300-500-ə qalxacaq" - Toy icazəsi ilə bağlı daha bir AÇIQLAMA

"50 nəfərədək iştirakçısı olan toylarda COVİD pasportu tələb olunmur, amma maska məcburidir. 150 nəfərə qədər qonaq olduğu halda isə, pasport mütləq olmalıdır, ...

Polis əməkdaşı xidməti silahla özünü GÜLLƏLƏDİ

Balakən Rayon Polis Şöbəsinin əməkdaşı xidməti silahla özünü vuraraq intihar edib. Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin r...