No Image
No Image

Maaş və ya pensiya alanlar bankları niyə özləri seçə bilmir? - Açıqlama

Maaş və ya pensiya alanlar bankları niyə özləri seçə bilmir? - Açıqlama
"Xidmətlərin inhisarlaşması, məmur biznesi və korrupsiya mövcud mənzərənin formalaşmasına rəvac verib”.

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda müştərilərin əməkhaqqı, pensiya, müavinətlərin ödənilməsi xidmətini həyata keçirən bankları sərbəst seçmək hüququna malik olmamaları səbəbindən danışarkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, bu vəziyyət Azərbaycanda geniş yayılıb:
 
"Xidmətlərin inhisarlaşdırılması prosesi gedir.  Müəyyən səlahiyyət sahibləri bu səlahiyyətdən sui-istifadə edərək, dövlət tərəfindən satılan xidmətlərin öz maraqlarında olan bəzi banklara yönləndirilməsi yolu ilə həmin xidmətdən kifayət qədər böyük gəlir əldə edirlər. Belə xidmətlər Azərbaycanda ödənişsiz şərtlərlə həyata keçirilmir.  Həmin xidmət qarşılığında bəzi banklara dövlət vəsaitləri hesabına böyük kommisiyalar verilir. 
 
Eyni zamanda, məmur biznesinin geniş yayılması, korrupsiya mövcud mənzərənin formalaşmasını şərtləndirən əsas məqamdır”.
 
Rüfət SULTAN
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Duru yağlar kəskin bahalaşdı - YENİ QİYMƏTLƏR

Azərbaycanda əhali tərəfindən daha çox istifadə edilən duru yağların qiymətində son bir ildə yüksək artım müşahidə edilir. Sfera.az bildirir ki, qida məhs...

Azərbaycanda 47 min ailəyə 400 DOLLAR ÖDƏNİLƏCƏK

Dünya Bankı Azərbaycanda COVID-19 la mübarizə və virusun nəticələrinin aradan qaldırılması ilə bağlı yeni layihəyə başlayır. Sfera.az xəbər verir ki, "Azə...

Pandemiyada gəliri artan peşələr – İldə 100 min dollardan çox qazanc

Qlobal iqtisadi böhran müddətində qabiliyyətli insanlara çox pul qazandıran peşələr də olub. "Newsweek” tərəfindən hazırlanan bir analizdə həmin peşə növləri ha...

Kreditə tələb artır, faizlər yüksəlir

Pul-kredit bazarındakı müsbət meyillər, eləcə də dövlətin güzəştli proqramları kredit qoyuluşunun artmasına səbəb olub.   Sfera.az Mərkəzi Banka...

Azərbaycan ötən il 57 milyon dollarlıq cır-cındır idxal edib

Azərbayacan hər il bir neçə milyon dollar dəyərində işlənmiş geyimlər, toxuculuq məmulatları və cır-cındır (geyimə yaramayan) idxal edir. Ölkəmiz bu vəziyyətdə ...

Ərzaq məhsulları ucuzlaşacaq – Bu tarixdən...

Dünyada ərzaq qiymətlərində artım may ayında da davam edib.  Sfera.az BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına istinadən xəbər ...