No Image
No Image

"Bundan hansısa şou düzəltməyə ehtiyac yoxdur" - “Azəriqaz”ın baş direktoru

 "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev sosial şəbəkələrdə metal qəbulu məntəqələrinə təhvil verilən sayğaclarla bağlı videogörüntüyə münasibət bildirib.
Sfera.az-ın məlumatına görə, R.Əliyev bu barədə özünün feysbukdakı hesabında yazıb.

"Paylaşılan bu videoda qeyri-adi heç nə yoxdur. Həm əvvəlcədən ödənişli, həm də sonradan ödənişli sayğacların istismar müddəti 15-20 ildir. Qaz sayğacının mexaniki və elektron hissəsi var. İstismar olunduqca sayğacın mexaniki hissəsi sıradan çıxır və onlar metal qəbulu məntəqələrinə təhvil verilir. Məsələn, "Azəriqaz" İstehsalat Birliyinin 2 milyon 400 minə yaxın əhali abonenti var. Bu qədər abonentin istifadəsində olan qaz sayğaclarının dövlət yoxlanış prosesi aparılarkən (əhali abonentləri üzrə 5 ildən bir) heç də ölçü qurğularının hamısı yararlı çıxmır. İldə 150-200 min sayğac yararsız olduğu üçün metal qəbulu məntəqələrinə təhvil verilir. Bu normal bir haldır. Yəni bundan hansısa şou düzəltməyə ehtiyac yoxdur”, - deyə İstehsalat Birliyinin rəhbəri qeyd edib./"Ölkə.az”/
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il iyunun 17-də imzaladığı sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb. ...

Paytaxtda daxili iməcilik keçirildi - FOTO

Bakı şəhərində davam edən güclü siklon və qeyri-sabit hava şəraitinin törətdiyi fəsadların qarşısı elə həmin gün paytaxtın kommunal və digər xidmət işçiləri ...

Vilayət Eyvazov polis rəisini İŞDƏN ÇIXARDI

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis idarəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Sənani Məmmədov vəzifəsindən azad edilib. ...

Baş Prokuror Milli Məclisə təqdimat göndərdi - Polisi döyən deputatın toxunulmazlığının ləğvi üçün

Baş prokuror Kamran Əliyev polis əməkdaşını döyən deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat göndərib. Sfera.a...

Toylara görə 1 nəfər həbs edildi, 84 nəfər cərimələndi

İyulun 30-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhə...

Kəmaləddin Heydərov məşhur əsgəri işə götürdü - FOTO

Vətən müharibəsində "Topçu Vüsal” kimi tanınan qəhrəman əsgərimiz Vüsal Şahkərimov həqiqi hərbi xidmətini başa vuraraq, boya-başa çatdığı Xaçmaz rayonunun Qusar...