No Image
No Image

AVRO-2020: Xorvatiya yığması itki ilə üzləşdi

AVRO-2020: Xorvatiya yığması itki ilə üzləşdi
Xorvatiya yığmasının və Rusiya "Zenit"inin futbolçusu Deyan Lovren Avropa çempionatında cəzalı duruma düşüb.

Sfera.az xəbər verir ki, 32 yaşlı müdafiəçi Çexiya ilə D qrupunun III tur matçında da sarı vərəqə alıb. Daha əvvəl o, II turun Çexiya ilə 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmasında kobudluğa yol verərək, xəbərdarlıq alıb. Nəticədə penalti qazanan Çexiya bu imkandan yararlanmağı bacarıb.

Qeyd edək ki, hazırda Şotlandiya ilə birgə hərəyə 1 xalla 3-4-cü yerləri bölüşən Xorvatiyanın 1/8 finala vəsiqə qazanması sual altındadır.
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR